Bioqrafiya

Haqqında
Haqqında

Süleyman Mikayılov 27 aprel 1962-ci ildə Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. 1976-cı ildə idmançı karyerasına 63 kq çəki dərəcəsində başlayıb və 81 kq çəki dərəcəsində boksçu karyerasına son verib. Karyerası boyunca rinqdə güclü əks hücum üslubuyla seçilib.

1977-ci ildə Milli Gənc Boksçular Komandasının üzvü olmuş və nəticədə keçmiş Sovet İttifaqının nüfuzlu Dinamo Boks İdman Klubuna üzv seçilmişdir. Mikayılov altı qat Azərbaycan milli çempionu, SSRİ-nin aparıcı gənc boksçularından biri olmuşdur. 1978-ci ildə öz ad gününə təsadüf edən “Boks Ümidləri”  yarışmasında finalçı kimi çıxışı ən sevimli xatirəsidir. Mikayılovun favorit boksçuları Məhəmməd Əli və Teofilo Stevensondur.

Peşəkar boks məşqçisi olmaq niyyətiylə 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında təhsilini başlayıb və 1984-cü ildə məzun olmuşdur. 1981-ci ildə Mikayılov boksçuluq fəaliyyətini sonlandırır. Bir il keçməmiş Süleymanın keçmiş məşqçisi daha bir çempionatda yarışa qatılmadan rinqi tərk edə bilməyəcəyini söyləyərək ondan boksa qayıtmağını xahiş edir. 1983-cü ildə Mikayılov Azərbaycan çempionu adını qazandıqdan sonra ikinci dəfə boksçuluq fəaliyyətini sonlandırır .

Daha sonrakı fəaliyyəti dövründə 25 boksçu yetişdirir, 1990-cı ildə Milli Dərəcəli Məşqçi adını qazanır, 1995-ci ildə Mikayılov təhsilə qayıdaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olur və 1999-cu ildə məzun olur.

1995-ci ildə Mikayılov müxtəlif nazirliklərdə və Azərbaycanın bir sıra rayonlarında İcra Başçısı vəzifəsində çalışmışdır. 2010-cu ildən etibarən, Qaradağ Rayonunun İcra Başçısı vəzifəsini yerinə yetirir.

2003-ci ildə Mikayılov Azərbaycan Boks Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin olunub. Vəzifədə olduğu müddət ərzində, digər təşəbbüslərlə yanaşı, boks akademiyaları və boks təlim mərkəzləri açaraq Azərbaycanda boksu inkişaf etdirib.

2010-cu ildən etibarən Süleyman Mikayılov qlobal boks ailəsinə xidmət etmək naminə Beynəlxalq Boks Assosiasiyası olan AIBA-ya qoşulur. AIBA İcraiyyə Komitəsinə (İK) iki dəfə ard-arda üzv seçilib. O vaxtdan bəri Azərbaycan Boks Millisi Heyətinin rəhbəri qismində Olimpiya Oyunlarına, Gənclər Olimpiya Oyunlarına və AIBA Dünya Boks Çempionatına qatılıb. AIBA İK-dəki üzvlüyü Süleyman Mikayılova avtomatik olaraq Avropa Boks Konfederasiyasının İcraiyyə Komitəsində üzvlük təmin edir.

Süleyman Mikayılov ailəlidir, bir qızı, bir oğlu və bir nəvəsi var.

Azərbaycan, rus və türk dillərində səlist danışır.

Komanda

Süleyman Mikayılov AIBA Prezident seçkilərində ənənəsinə sadiq namizəd olaraq milli və beynəlxalq təcrübəni özündə birləşdirən unikal təşviqat qrupu yaratmışdır.

Seçki Kampaniyasının Meneceri

Nağı Səfərov - Azərbaycan Boks Federasiyasının Baş Katibi, AIBA, boks və ümumilikdə, beynəlxalq idman növləri barədə geniş təsəvvürə malikdir.

PR, Marketinq və Menecment Komandası

Ayan Ağayeva - 2015-ci il Avropa Oyunları, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalı və hazırda Formula 1 Bakı Qran Prisinin aparıcı mütəxəssisi və beynəlxalq ekspert – seçkinin PR və Marketinq şöbəsinə rəhbərlik edir. Komandanın üzvləri sırasında İngiltərədən Acosta Sport Consulting, ABŞ-dan Maxwell Sports Communications və E3 Communications şirkətlərinin nümayəndələri də yer alıb. Nuray Hacıyeva təşviqat kampaniyasının aparcı üzvlərindəndir. 2015-ci il Avropa Oyunları, Formula 1 və Şahmat Olimpiadası və s. beynəlxalq idman yarışlarında media əlaqələri və sosial media idarəetməsində zəngin təcrübəyə malikdir. Pirim Pirimov, Azərbaycanda və Orta Şərqdə çoxsaylı idman tədbirlərində media əməliyyatları təcrübəsinə malikdir.

Global Sports Investigations (GSI)

Böyük Britaniyanın keçmiş İdman Naziri Baş Məsləhətçi Riçard Kabornun rəhbərliyi altında yaradılan GSI təşkilatı cənab Mikayılovun seçki kampaniyasının işində yaxından iştirak edir və AIBA idarəetməsi və dürüstlük sahəsində aparılacaq əsaslı və davamlı islahatlarla bağlı kənar müstəqil tövsiyyələr təqdim edir. GSI təşkilatın işində  “The Sports Consultancy” və “Quest” şirkətlərinin nümayəndələri iştirak edir:

• Sir Mark Rouli (Direktor, əvvəllər Terrora qarşı mübarizə üzrə rəhbər və Metropolitan Polisində Polis Komissarının müavini kimi çalışmışdır

• Martin Smit, “Quest” şirkətinin Baş icraçı direktoru

• Qordon Briqs, “Quest” şirkətinin Baş Tədqiqatçısı

• Eddi Marşbaum, “Quest” şirkətinin İdmanda Dürüstlük şöbəsinin direktoru

• Robert Datnou, “The Sports Consultancy” şirkətinin Hüquqi məsələlər üzrə həmtəsisçisi və İcraçı direktoru

• Devid Beker, “The Sports Consultancy” şirkətinin tərəfdaşı və məsləhətçisi

 

Bəyanatlar